Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanın Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin yaradılması üçün hər zaman ardıcıl mövqe nümayiş etdirib

0

  • Hər bir ölkənin suverenliyi,mmüstəqil söz sahibi olması, onun iqtisadiyyatının daha güclü olmasından birbaşa asılıdır. Bu baxımdan Azərbaycan bəxti gətirmiş ölkələrdəndir. Çünki ölkəmiz yeraltı və yerüstü təbii sərvətləri ilə zəngin olan dövlətlərdən biridir. Təbii ki, yeraltı və yerüstü sərvətlərin zənginliyi ölkənin iqtisadi inkişafını təmin edən əsas amillərdən biri olsa da, həmin sərvətlərdən məqsədəuyğun şəkildə istifadə edilməsi də inkişafı şərtləndirən əsas amillərdən biridir. Sevindirici haldır ki, Azərbaycanı, onun iqtisadiyyatını doğru şəkildə idarə edən İlham Əliyev kimi müdrik və uzaqgörən Dövlət Başçısı vardır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 
    Torpaqlarının 20 faizi düşmən tərəfindən 30 il işğal altında saxlanılan, həmin ərazilərdəki təbii sərvətləri düşmən tərəfindən dağıdılan, talan edilən, əhalisinin bir milyonu ev - eşiyindən didərgin salınaraq məcburi köçkün vəziyyətinə düşən bir ölkənin bu qədər güclü iqtisadiyyata malik olması ağılasığmazdır. Əlbəttə ki, bütün bunlara ölkəni idarə edən Birinci Şəxsin apardığı düzgün və məqsədyönlü iqtisadi siyasət nəticəsində nail olunmuşdur ki, bu da hər ölkəyə müyəssər olan bir şey deyildir. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
     Azərbaycan məhz aparılan güclü iqtisadi siyasət nəticəsində ölkənin müdafiə qüdrətini də güclü səviyyəyə qaldırdı. Ordumuz müasir silahlarla təchiz olundu. Bütün bu amillər özünü 44 günlük Vətən müharibəsində bariz şəkildə büruzə verdi. Qeyd olunduğu kimi, Azərbaycan ordusu cəmi 44 günlük zaman kəsiyində düşmən ordusunu darmadağın etdi. İşğal altında olan bütün ərazilərimiz mənfur düşməndən təmizləndi. İndi həmin ərazilərdə həyata keçirilən işlər göz qabağındadır. İndi həmin yerlərdə həyat qaynayır. Artıq həmin yerlərin əsil sahibləri öz doğma yurdlarına dönürlər.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​Azərbaycan Prezidenti ölkə iqdisadiyyatına töhfələr vermək üçün tez - tez səfərlər edərək müxtəlif iqtisadi forumlarda iştirak edir, ayrı - ayrı ölkələrlə iqtisadi sahədə müqavilələr imzalayır. Bu qəbildən olan səfərlərdən biri də 2023 - cü ilin 11 oktyabr tarixində baş tutmuşdur. Həmin gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən iclasında iştirak etmişdir. İclasda çıxış edən Azərbaycan Prezidenti diqqəti MDB - yə daxil olan dövlətlər arasındakı iqtisadi münasibətlərə və həmin münasibətlərin daha da dərinləşməsinə yönəltdi.​ ​Ölkə Başçısı qeyd etdi ki, MDB - yə üzv ölkələrin bir çoxu Şərq - Qərb və Şimal - Cənub nəqliyyat dəhlizi üzrə Azərbaycanın tranzit imkanlarından fəal şəkildə istifadə edirlər. Bu da ölkələrimiz arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirir. Təəssüflər olsun ki, tutduğu qeyri - konstruktiv mövqey ucbatından, Azərbaycan Prezidentinin bütün cəhdlərinə baxmayaraq, yalnız Ermənistan respublikası bəhrələnə bilmir. Ermənistan baş naziri Paşinyan öz ağaları olan Makronun, Şoltusun, Şarl Mişelin dəvətinə 6 saatlıq yolu birnəfəsə qaçsa da, yaxında yerləşən, üzvü olduğu MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün 3 saatlıq məsafəyə zaman tapmır.​
    Bəzi ölkələrin ölkəmizə qarşı sərgilədiyi qeyri - konstruktiv mövqe, həmişə uğursuzluğa düçar olur və sonda Azərbaycanın haqlı mövqeyi dəstəklənir.
    Samir İbrahimov,
    Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib45 dəfə
    azərbaycanın cənubi qafqazda sülh əməkdaşlıq mühitinin yaradılması üçün hər zaman ardıcıl mövqe nümayiş etdirib

    Maraqlı gələ bilər
    310